dəliçətənə

dəliçətənə
dəlicincilim
dəliçətənəlik
OBASTAN VİKİ
Dəliçətənə
Dəliçətənə (lat. Datisca) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin dəliçətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Kənafabənzər dəliçətənə
Kənafabənzər dəliçətənə (lat. Datisca cannabina) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin dəliçətənəkimilər fəsiləsinin dəliçətənə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, kökümsovu yoğun budaqlanandır. Gövdəsi düzqalxan, çılpaq, hündürlüyü 2-3 m-ə bərabərdir. Yarpaqları cüt olmayan lələkli, iri, uzunluğu 10-35sm olub, növbəli, yalançı zoğu olmayan, saplağının uzunluğu 3-7 sm-dir. Çiçəkləri yaraşıqsız, tutqun, kiçik, düzgün, ayrı cinsiyylətli, yuxarı yarpaqları fırçayabənzər, uzunluğu 3-20 sm, gövdənin zirvəsindəki çiçəkləri süpürgə çiçək qrupunda toplanmışdır. Meyvələri uzunsov-ellipsşəkilli olub, böyük olmayan qutucuqdur. İkievlidir. Qafqazda iyundan avqusta qədər, Orta Asiyada isə iyun-iyul aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Dəliçətənəkimilər
Dəliçətənəkimilər (lat. Datiscaceae) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Значение слова в других словарях