EAGLE-EYED

adj qartalgözlü, itigözlü, itigörən, uzaqgörən

EAGLE
EAR
OBASTAN VİKİ
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-cü ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. == Populyar mədəniyyətdə == Desert Eagle 600-dən çox film, televiziya şousu və video oyununda nümayiş etdirilərək populyar mədəniyyətdə geniş rol alıb. Magnum Research CEO-su John Risdallın sözlərinə görə tapançanın kommersiya uğuru qismən onun filmlərdə istifadəsi ilə bağlıdır. == İstinadlar == == Mənbə == ↑U. S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Colt Double Eagle
Colt Double Eagle - ABŞ istehsalı olan özüdolan tapanca. Colts şirkəti tərəfindən 1989-1997- ci illərdə istehsal edilirdi. Silah tam olaraq standart vəziyyətdə eləcə də kompakt halda və bir neçə kalibrdə mövcud idi. Double Eagle tapancası M1911-in bazasında konstruksiya edilmişdir. Tapancanın maqazini M1911 ilə eyni idi (7 gülləli).
The Black Eyed Peas
The Black Eyed Peas — Los Anceles şəhərində yaradılan ABŞ musiqi qrupu. 2009-cu ildə qrupun üzvləri: üzvləri will.i.am, apl de ap, Tabbo və Fergie-dir. 2003-cü ildə işıq üzü görən Elephunk albomundan sora qrup təxminən 27 milyon albom və track satışına nail olub.
Golden Eagle Tiandi Tower A
Golden Eagle Tiandi Tower A — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 368 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
Golden Eagle Tiandi Tower B
Golden Eagle Tiandi Tower B — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
McDonnell Douglas F-15 Eagle
F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır. 1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur. F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir. ABŞ ilə yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir. 2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək. == Yaradılma tarixi == 1960-cı illərin sonlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.