Ekklesiologiya
Ekklesiologiya (yunan. ἐκκλησία, ekklesia, "Kilsə, cəmiyyət", + yunan. λογος, loqos, "elm") – xristian teologiyasının bir sahəsi, Kilsənin təbiətini və xüsusiyyətlərini tədqiq edən elm.
Azərbaycan dilində kilsə sözü ən çox xristian ibadətgahı, məbədi, bəzən də dini təşkilat, təriqət, məzhəb mənasında işlənir. Lakin həm Bibliyanın yunan mətnində, həm də xristian teologiyasında “ἐκκλησία” (ekklesia) sözünün daha dəqiq mənası “imanlılar cəmiyyəti”dir. Buna görə də Bibliyanın Azərbaycan dilinə müasir tərcüməsində (Bax: Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009) bu söz müvafiq şəkildə tərcümə olunmuşdur:
Efeslilərə Məktub 5:25 – Ey ərlər, Məsih imanlılar cəmiyyətini (yunan. ἐκκλησία, ekklesia) sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
Həvarilərin İşləri 2:47 – Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdı.