ekranlaşdırılma

ekranlaşdırılma
ekranlaşdırıcı
ekranlaşdırılmaq
OBASTAN VİKİ
İlf və Petrovun əsərlərininin ekranlaşdırılma siyahısı
1933 - On iki stul (Çexoslovakiya-Polşa). Avropa realisinə uyğunlaşdırılıb; 1936 - Zəhmət olmasa oturun! (İngiltərə); 1938 - 13 stul (Almaniya). Ssenari alman realisinə uyğunlaşdırılıb; 1939 - Vərəsəlik arxasınca qaçışda (İtaliya); 1945 - İş kisələrdədir (ABŞ); 1945 - On üç stul (İsveç); 1954 - Yeddi qara büstqalter (İsveç). Axtarış obyekti büstqalterlərdən birinə tikilmiş brilyantdır; 1957 - On üç stul (Braziliya); 1957 - Xoşbəxtlik küçədə yerləşir (Almaniya); 1962 - On iki stul (Kuba). Süjet Kuba məkanına köçürülüb; 1966 - 12 stul, televiziya tamaşası. Bender rolunda - İqor Qorbaçov, rej. Aleksandr Belinski; 1969 - On üç nəfərdən biri (İtaliya-Fransa); 1970 - On iki stul (The Twelve Chairs) (ABŞ). Bender rolunda Frank Langella, rej. Mel Brooks; 1971 - On iki stul.
Ekranlaşdırılmanın qeyri-mümkünlüyü
Ekranlaşdırılmanın qeyri-mümkünlüyü (ing. Unfilmability) — hər hansısa bir ədəbiyyat əsərinin müvəffəqiyyətli bir formada film adaptasiyasına keçməsinə mane olan spesifik haldır. Mülahizələrin geniş spektri əsərin ekranlaşdırılmasının qeyri-mümkünlüyünə səbəb ola bilər. Bunlara həmçinin də, estetik ənənələr, tamaşaçı gözləntiləri, texnoloji məhdudiyyətlər və etik və ya siyasi mülahizələr daxildir. XXI əsrdə televiziyanın qızıl dövrü hesab edilən prestijli və yaxşı maliyyələşdirilən serialların yüksəlişi ilə əvvəllər çəkilməsi mümkün hesab olunmayan bəzi əsərlər ekranlaşdırılmışdır. Müvəffəqiyyətlə ekranlaşdırılan, lakin əvvəllər ekranlaşdırılması qeyri-mümkün hesab olunan belə əsərlərə Üzüklərin hökmdarı, Dyuna, Gözətçilər, Amerikalı psixopat və Ceraldın oyunu daxildir.

Значение слова в других словарях