ekspert-psixoloq

ekspert-psixoloq
ekspert
ekspertiza
OBASTAN VİKİ
Psixoloq
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat, az-əbcəd. روحيات‎) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Ekspert
Ekspert (lat. expertus — təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi. == Həmçinin bax == Ekspert sistemlər == Mənbə == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekspert sistemlər
Ekspert sistemlər — konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.
Məmmədəli Məhərrəmov (psixoloq)
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Hüquq ekspert sistemi
Hüquq ekspert sistemi — qərar qəbulu baxımından hüquq ekspertinin işini təqlid etmək üçün süni intellektdən istifadə edən subyektyönümlü ekspert sistemi. Hüquq ekspert sistemləri spesifik mövzularda ekspert biliklərini toplamaq, mücərrədləşdirmək və əldə etmək üçün qayda bazalarından və bilik bazalarından və nəticə çıxarmaq mexanizmindən istifadə edir. hüquqi sahələrdə subyektlər. == Məsələləri == Təklif edilmişdir ki, hüquqi ekspert sistemləri 1960-cı illərin sonlarından bəri artan hüquqi məlumat və qərarların sürətlə artan axınında naviqasiya etməyə kömək edə bilər. İlkin hüquq ekspert sistemlərinin bir çoxu 1970-ci və 1980-ci illərdə yaradılmışdır. Əvvəlcə hüquqşünaslar hüquqi ekspert sistemlərinin əsas hədəf istifadəçiləri kimi müəyyən edilmişdir.