Ekzitpol
Ekzitpol respondentlərin səsvermə sonrası cavabladıqları anketə verilən ad.
Mahiyyət etibarı ilə, səsvermədən öncə seçicilərdən alınan entranspol ilə eyni səciyyə daşıyır.
Bu cür anketlər səsverən kütləyə ünvanlanır və əsasən hansı namizədə (və yaxud seçim variantına) səs verdikləri barəsində olur. Səsvermə nəticələrinin açıqlanması uzun müddət çəkdiyindən media nümayəndələri belə bir alternativ variant tətbiq edirlər.
Anket nəticəsində əldə olunan rezultasiya çox vaxt real nəticələri əks etdirdiyindən statistikanın ictimaiyyətə açıqlanması kütləvi informasiya agentlikləri üçün xüsusi önəm kəsb edir.
Bəzən bu kimi anketlərdə səsəverən kütlədən seçiminin səbəbi də soruşulur. Ümumilikdə, belə bir sistemin tətbiqi seçimlərdə saxtakarlığın qarşısının alınmasına xidmət edir.