elektrostatik

elektrostatik
elektrostansiya
elektrostatika
OBASTAN VİKİ
Elektrostatik
Elektrostatik – obyektin malik olduğu elektrik yükü haqqında işlədilən termin. Belə yüklər tozu üzçıxaran qurğunun, lazerli printerin fotokeçirici barabanının səthinə və ya boyaq hissəciklərinə çəkir, eləcə də bəzi planşet plotterlərdə informasiya daşıyıcısını tərpənməz vəziyyətdə saxlayır.
Elektrostatik induksiya
. Elektrostatik induksiya — xarici elektrik sahəsinin təsirindən cismdə məxsusi elektrostatik sahəsinin yaranma hadisəsidir. Hadisə keçirici cismin daxilində yüklərin yenidən paylanması, həmçinin keçirici olmayan cismlərdə daxili mikrostrukturanın qütbləşməsi ilə şərtlənir. Xarici elektrik sahəsi cismin yaxınlığında elektrik sahəsinin induksiyası sayəsində ciddi təhrif oluna bilər. == Keçiricilərdə elektrostatik induksiya == Xarici elektrik sahəsinin təsirindən yüksək elektrik keçiriciliyinə malik metallarda yüklərin yenidən paylanması o vaxta qədər davam edir ki, cismin daxilindəki yüklər xarici elektrik sahəsinin təsirini daha kompensasiya edə bilməsin. Bu zaman keçirici cismin qarşı tərəflərində əks istiqamətdə yükləniş (induksiya olunmuş) yüklər yaranır. Keçiricilərdə elektrostatik induksiya onların yüklənməsi üçün istifadə olunur. Əgər naqil torpaqla əlaqəlndirilsə, və ona əks qiymətdə yüklənmiş cism yaxınlaşsa (toxunmadan), onda elektronların bir hissəsi torpağa keçəcək, naqildə isə onların cüzi hissə qalacaq. Torpaqla əlaqəni kəssək və yükü cismi uzaqlaşdırsaq onda naqil müsbət yüklü qalacaq. Eyni hal naqili torpaqla əlaqələndirmədən aparılsa, onda yüklü cism götürüldükdən sonra naqilə induksiya olunmuş yüklər yenidən paylanacaq və onun bütün hisssi neytral olacaq. == Mənbə == Nəsirov, V., Aslanlı, G. Elektrik.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Elektrostatika
Elektrostatika — elektrodinamika bölməsi; sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini (elektrostatik qarşılıqlı təsir) öyrənir. Belə qarşılıqlı təsir elektrostatik sahə vasitəsilə həyata keçirilir. Elektrostatikanın əsas qanunu Kulon qanunudur. Elektrostatik sahənin mənbəyi elektrik yükləridir. Bu fakt Qauss teoremində ifadə edilir. Elektrostatik sahə potensialdır, yəni elektrostatik sahə tərəfindən yükə təsir edən qüvvələrin işi yolun formasından asılı deyil. Elektrostatik sahə aşağıdakı tənlikləri ödəyir: d i v D → = 4 π ρ , {\displaystyle div{\vec {D}}=4\pi \rho ,} r o t E → = 0 {\displaystyle rot{\vec {E}}=0} burada D – elektrik induksiya vektoru, E – elektrik sahəsinin intensivliyi, ρ – sәrbәst elektrik yüklәrinin sıxlığıdır. Birinci tənlik Qauss teoreminin diferensial formasını, ikinci isə elektrostatik sahə qüvvələrinin potensial xarakterini göstərir. Bu tənliklərə Maksvell tənliklərinin xüsusi halı kimi baxmaq olar. Naqillərdəki məlum yüklərə və ya onlardan hər birinin elektrostatik potensialına əsasən bu naqillərin səthlərində yüklərin paylanmasının tapılması və həmçinin naqillərin yüklərinə və potensiallarına əsasən onların enerji sisteminin hesablanması elektrostatikanın səciyyəvi məsələləridir.

Значение слова в других словарях