Emirat

das; -(e)s, -e əmirlik, əmirin torpaqları
Emir
Emissär
OBASTAN VİKİ
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Emirates Post
Emirates Post — Birləşmiş Ərəb Əmirlikləri üçün rəsmi poçt operatorudur. Bu Emirates Post Group Holding törəmə edir. [1] Bu poçt xidmətləri nəhayət BƏƏ formalaşdırılması, 1972-ci ildə Rabitə Nazirliyinin saxlayın Xidmeti Ümumi Müdirliyi kimi müəyyən edilmişdir 1947-ci ildə Hindistanın müstəqilliyinin qədər Hindistan Post Office Services tərəfindən idarə olunur, avqust 19, 1909 açıldı . Emirates Post Qrup törəmə olmaq Emirates Post Empost, DVT və Wall Street Birjası ilə, 2007-ci ildə yaradılmışdır.
Emirates kuboku
Emirates kuboku - 2007-ci ildən bəri hər il Arsenal FK-nın təşkilatçılığı ilə keçirilən turnir. 4 klubun iştirakı ilə qrup sistemi ilə keçirilir. Turniri ESPN kanalı yayımlayır. Kubokun son qalibi İspaniyanın Valensiya klubudur. Turnirin digər qalibləri arasında Arsenal (3), Hamburq (1), Nyu York Red Buls (1) və Qalatasaray (1) klubları da var. Turnirin reqamentinə görə komandalar öz aralarında 1 dəfə olmaqla oyun keçirirlər. Qalibiyyət 3 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə qiymətləndirilir. Həmçinin hücum futbolunu sərgiləmək üçün hər qola görə 1 xal verilir. Əgər 2 komandanın xalları və top fərqi bərabərdirdə bu zaman onların turnir boyunca qapıya endirdikləri zərbələrin sayı müəyyən olunur.
Emirates kuboku 2007
Emirates kuboku 2007 - Arsenalın təşkilatçılığı ilə 2007-ci ildə 2 gün davam edən turnir. Keçirilən ilk Emirates kubokudur. Bir zamanlar Ayaks Amsterdam klubunun təşkil etdiyi Amsterdam turnirinə olduqca bənzəyir. Bütün oyunlar Emirates stadionunda keçirilmişdir. Turnirdə son İtaliya çempionu İnter Milan, Fransanın PSJ, İspaniyanın Valensiya (İntertoto kubokunda oynayan Hamburqun əvəzinə) və təşkilatçı Arsenal iştirak etmişdirlər. 28-29 iyul tarixlərində keçirilən turnirdə Arsenal ilə Valensiya və İnter Milan ilə PSJ komandaları aralarında oyun keçirmədilər. 2 günlük turniri 200.000-dən çox tamaşaçı izləmişdir. Kubokun qalibi Arsenal olmuşdur. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir.
Emirates kuboku 2008
Emirates kuboku 2008 - 2008-ci ildə keçirilən sayca 2-ci Emirates kuboku. 2-3 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə İspaniyanın Real Madrid, İtaliyanın Yuventus, Almaniyanın Hamburq və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Real Madrid ilə Yuventus və Arsenal ilə Hamburq aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Hamburq olmuşdur. Beləliklə Hamburq təşkilatçı Arsenal xaricində kuboku başı üzərinə qaldıran ilk klub olmuşdur. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2009
Emirates kuboku 2009 - 2008-ci ildə keçirilən sayca 3-ci Emirates kuboku. 1-2 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə İspaniyanın Atletiko Madrid, Şotlandiyanın Reyncers, Fransanın PSJ və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Reyncers ilə Atletiko Madrid və Arsenal ilə PSJ aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi təşkilatçı Arsenal olmuşdur. Beləliklə Arsenal turniri 2-ci dəfə qazanaraq ilkə imza atmışdır. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2010
Emirates kuboku 2010 - 2010-cu ildə keçirilən sayca 4-cü Emirates kuboku. 31 iyul-1 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə İtaliyanın Milan, Şotlandiyanın Seltik, Fransanın Olimpik Lion və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Seltik ilə Milan və Arsenal ilə Olimpik Lion aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi təşkilatçı Arsenal olmuşdur. Beləliklə Arsenal kuboku 3-cü dəfə muzeyinə aparmışdır. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2011
Emirates kuboku 2011 - 2011-cu ildə keçirilən sayca 5-ci Emirates kuboku. 30 iyul-31 iyul tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Fransanın PSJ (2-ci dəfə), ABŞ-nin Nyu-York Red Buls, Argentinanın Boka Xuniors və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. İlk dəfə turnirə Avropanın xaricindən klublar dəvət olunmuşdur. Nyu York Red Buls ilə Boka Xuniors və Arsenal ilə PSJ aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Nyu York Red Buls olmuşdur və kuboku qazanan ilk qeyri-Avropa klubu olmuşdur. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Əvvəlki turnirlərdə 1 qol üçün 1 xal veriləsə də bu dəfə bundan imtina edilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2013
Emirates kuboku 2013 - 2013-cü ildə keçirilən sayca 6-cı Emirates kuboku. 3 avqust-4 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Türkiyənin Qalatasaray, Portuqaliyanın Porto, İtaliyanın Napoli və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Napoli ilə Qalatsaray və Arsenal ilə Porto aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Qalatasaray olmuşdur və kuboku qazanan ilk Türkiyə klubu olmuşdur. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Əvvəlki turnirdə 1 qol üçün 1 xal vermək qaydasından imtina edilsə də, yenidən bu qayda qüvvəyə minmişdir. Hər komanda iki oyun oynamışdır. Ən çox xal toplayan komanda qalib olur.
Emirates kuboku 2015
Emirates kuboku 2015 - 2015-cu ildə keçirilən sayca 8-ci Emirates kuboku. 25 iyul-26 iyul tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Fransanın Olimpik Lion, Almaniyanın Volfsburq, İspaniyanın Vilyarreal və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Volfsburq ilə Olimpik Lion və Arsenal ilə Vilyarreal aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Arsenal FK olmuşdur. Bu Arsenalın 4-cü qələbəsi olmuşdur. Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. 1 qol üçün 1 xal verilmişdir. Hər komanda iki oyun oynamışdır.