English
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022).
BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.
Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.