Enkelad (Saturnun peyki)
Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir.
== Xarakteristikası ==
Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir.
Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır.