ENTOMOLOGİYA

энтомология (раздел зоологии, изучающий насекомых)
ENSİZLİK
ENTOMOLOJİ
OBASTAN VİKİ
Entomologiya
Entomologiya (yunanca έντομον - cücü, λόγος - öyrənmək) - həşəratları öyrənən elm. Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologiyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır. == Entomologiyanın inkişaf tarixi == Həşərat haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotel (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərində rast gəlsək də onların öyrənilməsinə XVII əsrdən başlanmışdır. XVII-XVIII əsrlərdə italyan alimi M.Malpigi (1628-1694), Hollandiya alimi Y.Svammerdam (1634-1684), məşhur İsveç alimi K.Linney (1707-1778), görkəmli təbiətşünas və səyyah, akademik P.S.Pallas (1741-1811) həşəratın anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar. XIX əsrdə entomologiya bir elm kimi formalaşır və 1832-ci ildə Fransada, 1833-cü ildə İngiltərədə entomologiya cəmiyyəti yaranır.Rusiysda isə 1859-cu ildə rus entomologiya cəmiyyəti yaradılmış və onun ilk prezidenti məşhur alim, akademik K.M.Ber olmuşdur. Azərbaycanda entomologiya elminin inkişafı Sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu məqsədlə Azərbaycan Dövlət Universitetində, 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda entomologiyaya aid ilk tədqiqat işləri aparılmağa başlanır. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsinin, 1935-ci ildə Zoologiya İnstitutunun təşkili ilə əlaqədar olaraq entomoloji tədqiqatların aparılması üçün daha əlverişli şərait yaradılmış olur.

Значение слова в других словарях

бездо́мность вино... лакиро́ванный нисходя́щий ребрэ́ндинг снегу́рки шамо́вка шпилеви́дный дорабо́тать предсказа́ние проекти́ровать разгосударствля́ться руча́тельство силико́н олива Lancastrian multifont objective correlative second division sloshed tamp виг всеобуч Евангелие утолщать