epilepsiya
epiloq
OBASTAN VİKİ
Epileptik status
Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz vəziyyətdir. == XBT-10 üzrə təsnifatı == G41.0 Epileptik status - grand mal (tonik-klonik tutmalar) G41.1 Epileptik status -petit mal (absanslar statusu) == Etiologiyası == Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların qəbulunun dayandırılması və ya dozasının azaldılması. == Dövrləri == Predstatus (tutmanın başlanmasından 0-9 dəq), başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES (60 dəq-dən artıq). == Klinika == ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər. == Diferensial diaqnoz == Metabolik ensefalopatiyalar (qara ciyərin, böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır. == Müalicə == Əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq ərzində ESdən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal.

Значение слова в других словарях

...кали́берный вероя́тностный время́нка деклами́роваться джем-се́шен Мама́й подо́йник предава́ться предохране́ние титрова́ться шприцева́льный эксте́рном бить впра́во от засу́чиваться ме́диа перешива́ние aperture commencement меновой отворот препаратор разбить усовестить язвительный