etilenoksid

etilenoksid
etilenkarbonat
etilenpropilen
OBASTAN VİKİ
Etilenoksid
Etilenoksid (C2H4O) xarakterik, şirintəhər efir iyli, 298 K temperaturda rəngsiz qaz və ya 273K temperaturda axıcı mayedir. == Fiziki-kimyəvi xassələri == Qaynama temperaturu 283.7 K, ərimə temperaturu -384.3, suda, spirtdə, efirdə və digər üzvi həllediclərdə yaxşı həll olur. Etilenoksid əsasında alınan polimer-polietilenoksid [-OCH2CH2-]n suda, benzolda, karbon dördxloriddə, xloroformda və bir sıra digər həlledicilərdə həll olur. Aşağı molekul kütləli polietilenoksid toxuculuq sənayesində köməkçi komponent, hidravlik mayelərdə qatılaşdırıcı, kosmetikada, farmokologiyada, keramika və həmçinin poliuretanlar istehsalında istifadə olunur. Yüksək molekul kütləsinə malik polietilenoksid filizin zənginləşdirilməsində flokulyant və koaqulyant kimi, çöküntülərin, asılqanların və kömür tozunun və s. qatılaşdırılmasında və ayrılmasında flokulyant və koaqulyant kimi istifadə edilir. Suda həll olan polietilenoksid plenkalar qida məhsullarının, mürəkkəbi və boyaların, aqrokimyəvi preparatların qablaşdırılmasında istifadə olunur. Polietilenoksid həmçinin neftin təkrar hasilatının effektivliyini artırmaq üçün də istifadə edilir. Etilenoksid və propilenoksidin blok birgəpolimerləri qeyri ionogen səthi aktiv maddələrdir (SAM). Aşağı molekul kütləli polietilenoksid etilen oksid qlikollarla polibirləşməsi ilə alınır.