ETNOKRATİYA

(yunan éthnos-tayfa, xalq və kratoshakimiyyət) çoxmillətli dövlətdə siyasi - hüquqi rejim (demokratik və ya qeyri-demokratik) mövcudluğundan asılı olmayaraq dövlət hakimiyyətinin daima bir xalqın (bir qayda olaraq titullu, aparıcı, sayca çoxluq təşkil edən, başqa xalqları öz ətrafında cəmləşdirə bilən, tarixən dövlətin taleyini həll edən, ələxsus siyasi baxımdan fəal olan xalqın) əlində olması. Misal: Rusiya Federasiyasında 150-dən artıq xalqın (millətlərin, tayfaların, etnosların) nümayəndələri yaşayır, lakin həmin dövlət məhz rus (slavyan) xalqı tərəfindən idarə edilir. Eyni zamanda, tarixi təcrübədən bəllidir ki, bəzi hallarda say baxımından özündən dəfələrlə artıq əhalisi olan dövlətləri, xalqlar – bir tayfa və ya kiçik bir xalq idarə edir. Misal üçün: İran tarixində, bu dövləti Azərbaycan xalqının qacar tayfası, əfqan xalqının zəndi tayfası və s. idarə ediblər.
ETİMADSIZLIQ VOTUMU
EVAKUASİYA