ETSI

European Telecommunications Standardization Institute Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu
ESP
Eunet
OBASTAN VİKİ
Amitay Etsioni
Amitay Etsioni (ivr. ‏אמיתי עציוני‏‎, ing. Amitai Etzioni; 4 yanvar 1929, Köln, Prussiya[d] – 31 may 2023, Vaşinqton; doğum adı Verner Falk (alm. Werner Falk‎)) — təşkilat sosiologiyası, sosioiqtisadiyyat, kommunitarizm, sosial və siyasi fəlsəfə, beynəlxalq münasibətlər nəzəriyyəsi (yeni qlobal memarlığın formalaşması) sahəsindəki işləri ilə tanınan alman yəhudi əsilli amerikalı sosioloq. 1990-cı illərin əvvəllərində kommunitar hərəkatların qurucularından biri olmaqla yanaşı hərəkatın fikirlərini yaymaq üçün kommunitar şəbəkələrin qurucusu idi. Amitay Etsioni 1929-cu ildə Kölndə yəhudi ailəsində anadan olub. Ailəsi 1930-cu illərdə məcburi Fələstinə qaçmışdır. Etsioni Qüdsdəki İbrani Universitetini bitirmişdir (1954-cü ildə bakalavr dərəcəsi, 1956-cı ildə magistr dərəcəsi). Müəllimləri arasında Martin Buber də var idi. 1958-ci ildə Berkli Universitetinin Kaliforniya Universitetində Sosiologiya üzrə doktorluq dərəcəsini almışdır.