evenklər

evenklər
evenkcə
evenlər 2021
OBASTAN VİKİ
Evenklər
Evenklər və ya Xamniqanlar — Şərqi Sibirin yerli əhalisi. == Evenklər haqqında == Qohum xalqlar: Mancuriyalılar, Hamnıqamlar, Samaqirlər == Tarixi == Yeniseydən Oxot dənizinə və Baykaldan Şimali Tundra çöllərinə qədər olan geniş ərazidə evenklər (tunqus) köçəri halda yaşayırdılar. Evenklərin əsas yaşayış vəziyyəti ovçuluqdan asılı olsa da, onlar maldarlıq və balıqçılıqla da məşğul olurdular. Onon və Arqun çayları boyunda yaşayan evenklər "maldar" və "atlı" tunquslara bölünürdülər. Oxot dənizi sahilində yaşayan "piyada" tunquslar isə dəniz heyvanlarının ovu ilə məşğul olurdular. Dəmirlə tanış olsalar da, onun emal üsulunu bilmirdilər. Ona görə onların silahları əsasən sümük və daşdan idi. XVIII əsr ərzində evenklərin ictimai quruluşunda yenə də nəsil-tayfa münasibətləri güclü surətdə qalmaqda davam edirdi. Evenk əyanları əllərinə çoxlu heyvan sürüləri keçirərək öz həmkəndlilərini qonşu tayfalar üzərinə hərbi yürüşlərə sövq edirdilər. Burada qurulmuş Nerçinski zavodunda çoxlu sayda kasıb evenklər işləyirdilər.