evolyusion

evolyusion
evlilik
evolyusionist
OBASTAN VİKİ
Evolyusionizm
=== Evolyusionizm === Psixologiyada təkamül cərəyanı deyilən bir cərəyan mövcuddur ki, o da psixologiyadakı bir sıra problemlərə ümumən biologiyanın təkamül prinsipi aspektindən cavab tapmağa cəhd edir. Bu cərəyan – təbii seçmə qanunlarına əsaslanıb, bütün insanların qohumluğunu əsas götürən və insan təbiətinin universallığını ön plana çəkən bir nəzəriyyədir. Bu cərəyan tərəfdarlarının baxışlarının əsasında Darvinin təkamül nəzəriyyəsi dayanır. Ta Darvin dövründən bəri əksər bioloqlar inanırlar ki, canlı orqanizmlər milyon illər ərzində sağ qalmaq və öz nəslini qoruyub saxlamaq uğrunda rəqabət aparıblar. Psixologiyada evolyusionistlər də bu versiyanı inkişaf etdirərək iddia edirlər ki, təbii seçmə, informasiyanın o cür qavrayışına və bu cür davranışa aparır, hansı ki, müəyyən şəraitdə bu və digər genlərin saxlanılması və yayılmasına xidmət edir ). Başqa sözlə, təbiət o davranış mexanizmlərini dəstəkləyir, müdafiə edir, hansılar ki, ətraf mühitin münbit şəraitindən təkan alaraq meydana çıxmış konkret növün genlərinin qorunub saxlanılması və yayılmasına xidmət edir. Bu davranış tipinə meylli olmayan növlər öz genlərini bugünkü populyasiyaya qoruyub saxlamaq şansına malik olmayıblar . əksinə, yaşamaq şansını artıran genlər zaman keçdikcə daha çox nümayəndələrdə təhkim olunur . Ətraf mühitin təsirləri təkamül prosesində formalaşmış davranış mexanizmləri ilə qarşılıqlı təsirdə eynilə fizikadakı sürtünmə qüvvəsi kimi fəaliyyət göstərir Təkamülçülər cinslər arasındakı fərqləri də reproduktiv strategiya baxımından izah edirlər: Onların fikrincə, təkamül, kişiləri qadında gənclik və sağlamlıq, və deməli, daha yaxşı reproduktiv potensial axtarmağa və ya qiymətləndirməyə meylləndirir. Qadınısa kişilərdə daha çox qida ələ gətirmək və mühafizəçilik, müdafiəçilik kimi xüsusiyyətlər axtarmağa proqramlaşdırır.

Значение слова в других словарях