EVRİBİONTLAR

Ətraf mühitin geniş dəyişilmiş şəraitində yaşayan heyvan və bitkilər. Məs., dəniz litoralında yaşayanlar suyun çəkilməsi zamanı müntəzəm qurumaya, yayda yüksək, qışda isə aşağı temperatura (evriterm heyvanlar); çay estuarilərində yaşayanlar isə suyun şorluğunun xeyli dəyişilməsinə dözə bilir (evriqalin heyvanlar). Növün evribiontluğu onun anabioz (bir çox bakteriyalar, bir sıra bitkilərin spor və toxumaları və s.) və qış yuxusu (bir sıra gəmiricilər) halında əlverişsiz şəraitə dözmək qabiliyyəti ilə artır. Parazit ibtidailərin osistləri, bəzi sap qurdların sürfə və yumurtaları güclü donmaya, qurumaya dözümlü, zəhərlərə davamlıdır; bu onların yaşamaq qabiliyyətini uzun müddət saxlamağa imkan verir.
EVFOTİK ZONA
EVTROF GÖL