EXPLOSION

n 1. partlayış; partlama, püskürmə; volcanic ~ vulkan püskürməsi; 2. qəhqəhə, qəzəb səsi; 3. sürətli inkişaf; cultural / culture ~ mədəniyyətin sürətli inkişafı / tərəqqisi; population ~ of population əhalinin sürətli artımı (ölkədə); 4. tex. partlayış, partlama (avtomobildə işlənmiş qaz xaric olarkən çıxartdığı səs)

EXPLORER
EXPLOSIVE
OBASTAN VİKİ
Explosions in the Sky
Explosions in the Sky — 1999-cu ildə Ostin, Texasda qurulmuş post rok qrupudur. Explosions In The Sky, post rok deyiləndə ağla ilk gələn qruplardan biridir. Digər bir çox post rok qrupları kimi, musiqiləri yavaş və epiktir. Mahnılarının hamısı instrumentaldır. Ancaq, qrup eyni tərz musiqiçilər arasında, dərhal seçilən bir tərzə malikdir. 2000-ci ildə "How Strange, Innocence" albomunu çıxardan qrup, xüsusilə 2001-ci ildə çıxartdığı "Those Who Tell The Truth Shall Die, Those Who Tell The Truth Shall Live Forever" adlı albomuyla musiqi bazarında çox yaxşı müvəffəqiyyət əldə etdi. 2003-cü ildə çıxartdıqları albomları "The Earth Is Not A Cold Dead Place" ilə şöhrətini daha da artıran qrup, 2005-ci ildə nümayış olunan Friday Night Lights adlı filmin musiqilərinin də böyük bir hissəsinə imza atdı. Qrup, 2005-ci ildə isə "The Rescue" adında bir albom çıxartdı. 2007-ci ilə gəldikdə isə "All Of A Sudden I Miss Everyone" adlı albomunu çıxaran qrup, son olaraq 2011-ci il aprelində "Take Care, Take Care, Take Care" albomunu dinləyicilərinə təqdim etdi.

Значение слова в других словарях