ezoterizm

ezoterizm
ezoterika
əba
OBASTAN VİKİ
Ezoterizm
Ezoterizm (yun. esoterikos-daxili) — "populyar", mütəxəssis olmayana aydın olmayan ideya, nəzəriyyə. Hadisələrin daxili, mühüm (ezoterik) və xarici (ekzoterik) əlaqələrinin ifadəsi üçün də tətbiq edilir. == Haqqında == Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan və həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bilikdir. Ezoterik biliklərin toplusu, sistemi ezoterizm adlanır. Ezoterizm (yunanca ezoterikosdaxili, batini) dini, fəlsəfi, yaxud da hər hansı digər təlimlərin batini doktrinalarını özündə təcəssüm etdirən ümumiləşdirici addır. O, həmçinin kosmosun gizli qüvvələri ilə təması və kosmik inkişafı özündə ehtiva edən biliklər toplusudur. Ezoterizmi insanın təfəkkürünün və dünyaya baxışının alternativ formalarından biri kimi də müəyyən etmək olar. Ezoterik reallıq ruhi və vital reallıqdır. Ezoterik həqiqət, hər şeydən əvvəl, insanın özünə ünvanlanıb, yalnız özündən keçirəndən sonra o, zahiri aləmə yönəlir.

Значение слова в других словарях