Fell

das; -(e)s, -e xəz; dəri, kürk, gön, cild; fig. ein dickes ~ haben dərisi (gönü) qalın olmaq; j-m das ~ über die Ohren ziehen bir kəsi aldatmaq
Felge
Fellache
OBASTAN VİKİ
Aron Feller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. GRAHAM FULLER KİMDİR?
Federiko Fellini
Federiko Fellini (it. Federico Fellini; 20 yanvar 1920[…], Rimini, Emiliya-Romanya – 31 oktyabr 1993[…], Roma) — görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatı. Rimini şəhərinin hava limanı onun adını daşıyır. Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil göstəriləri keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib.
Fellatio
Fellatio — ağız, boğaz və ya hər ikisini istifadə edərək digər şəxsin penisini stimullaşdıran oral seks. Fellatio hər iki şəxsdə cinsi oyanma yarada bilər və orqazma səbəb ola bilər. Fellatio cinsi yolla ötürülən infeksiyalara (CYBX) yoluxma riski yarada bilər, lakin risk, xüsusilə HİV yoluxması üçün, vajinal və ya anal seksdən xeyli aşağıdır. Fellatio adətən tabu olaraq qəbul edilsə də, əksər ölkələrdə bu praktikanı qadağan edən qanunlar yoxdur. İnsanlar ayrıca fərdi üstünlük, mənfi hisslər və ya cinsi qadağalar səbəbiylə fellatio ilə məşğul olmaqdan çəkinə bilərlər.
Fellbax
Fellbax (alm. Fellbach‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 27.7 km2, əhalisi 44101 nəfərdir (2006).
Maruan Fellaini
Maruan Fellaini (fr. Marouane Fellaini-Bakkioui; d. 22 noyabr 1987, Etterbek, Belçika) — İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Belçika milli yığmasında yarımmüdafiəçi mövqeyində çıxış edən belçikalı futbolçudur. Etterbeekdə mərakeşli ailədə anadan olan Fellaini Standart Lyej klubuna keçməzdən əvvəl Anderlext də daxil olmaqla Belçikanın bir sıra klublarının aşağı yaş qruplarında çıxış etmişdir. Standart Lyej klubundakı uğurlu çıxışından sonra İngiltərə təmsilçisi Everton klubuna transfer olmuşdur. O, 2008-09 mövsümündə Everton futbolçuları arasında "İlin ən yaxşı gənc futbolçusu" mükafatını qazanmışdır. Beş ilini Evertonda keçirən Maruan 2013-cü ilin sentyabr ayında 27.5 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur. Fellaini 2007-ci ildən bəri mütəmadi olaraq milli yığmaya dəvət alır və indiyə qədər millinin heyətində 70-dən çox oyuna çıxmışdır. O, Belçika milli yığmasının heyətində 2008 Olimpiya Oyunlarında, 2014 Dünya Kubokunda və UEFA Avro 2016-da iştirak etmişdir.
Əzizim Fellini (film, 2010)
Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi. Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.