FİLTRATOR(LAR)
is. biol. Xüsusi süzücü ağız apparatının köməyi ilə sudan aldığı kiçik plankton orqanizmlər və asılı hissəciklərlə (detrit) qidalanan su heyvanları. Filtratorlara bir çox malyusklar, xənçəngkimilər, yastıbağırsaqlar, balıqlar və s. aiddir. Onlardan bəzilərinin (məs., midi) çirklənmiş suyun təmizlənməsində rolu böyükdür.