FİTOFİL(LƏR)
is. \[yun.\] biol. 1. Əsasən bitkilər üzərində yaşayan bitki və heyvan orqanizmləri. Bitkilər həmin orqanizmlər üçün həm də qorunmaq, ovlama və qida vəzifəsi daşıyır.
2. Adətən bitki üzərində kürü tökən (çox vaxt zəif axın olan yerlərdə) balıqlar (çəki balığı, sazan, çapaq balığı, qırmızı üzgəcli balıq).