FİTOPLANKTON

su qatının günəş enerjisi olan hissəsində (dünya okeanında orta hesabla 200 m dərinliyə qədər) yayılan planktonun bitki hissəsi (evfotik zona). F. su hövzələrində üzvi maddələrin əsas ilk produsenti olub onun hesabına su heterotrof orqanizmləri mövcuddur. F.-nun biokütləsinin cəmi zooplanktonun biokütləsinə nisbətən kiçikdir (uyğun olaraq 1.5 və 21.5 mlrd. t), lakin tez parçalandığından Dünya okeanında onun məhsulu 550 mlrd. t təşkil edir (okeanın bütün heyvanat məhsullarından təxminən 10 dəfə artıq).
FİTONSİDLƏR
FİTOPSAMMON
OBASTAN VİKİ
Fitoplankton
Fitoplankton — su qatlarında yaşayan, ibtidai bitkilər — yaşıl, göy-yaşıl, qamçılı, diatom və b. yosunlar. Fitoplankton suyun işıqlanan üst qatında yaşayan yosunların məcmusu. Fitoplankton müxtəlif sistematik mənşəli birhüceyrəli yosunlardan (qızılı-sarı, peridinlər, diatomea, yaşıl, müxtəlifqamçılılar, evqlenlər və b.) ibarətdir. İntensiv inkişafı işığın gücündən və suda həll olmuş qida maddələrinin zənginliyindən asılıdır. Əlverişli şərait olduqda yosunların bəzi növləri sürətlə çoxalır və suyun yosunla örtülməsi müşahidə edilir. Fitoplankton okeanın qida zəncirində ilk həlqədir. Çox vaxt okeanlarda biogen çöküntütoplanma prosesləri fitoplankton paylanması ilə müəyyən olunur. Çöküntülərdə hüceyrələrin bərk hissələri (karbonatlı kokkolitinlər, silikoflagellər və silisiumlu diatomealar, bəzən peridinlərin üzvi qılafı) mühafizə olunur. Geologiya terminlərinin izahlı lüğəti.

Значение слова в других словарях