fitozoonim
fitrə
OBASTAN VİKİ
Fitr (Qəzvin)
Fitr (fars. فطر‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 97 nəfər yaşayır (24 ailə).
Fitr bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqə. Fitrə zəkatının verilməsində məqsəd imkansız və ehtiyacı olanların Fitr bayramını digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir. == Fitrə zəkatının verilməsi == Fitrə zəkatı Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxs, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.
Məzahir Fitrət
Məzahir Fitrət – şair. Məzahir Fitrət (Mahmudov Məzahir Nəsir oğlu) 1940-cı ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olub. 1949-cu ailəsi ilə birlikdə Tovuza köçüblər. 1958-ci ildə Tovuz Şəhər Axşam orta məktəbini bitirib və həmin ilin dekabr ayında Bakıya gəlib, neft mədənində əmək fəailyyətinə başlayıb. 1963-cü ildə ADU-nun filologiya fakültəsinə daxil olub, ancaq bir sıra qeyri-obyektiv səbəblər ucundan dəfələrlə təhsili atıb. 23 yaşlarından sonra mətbuata ayaq açan Məzahir Fitrət ömür boyu çox seyrək və çox çətinliklə çap oluna bilmişdir. 1995-ci ildə vəfat etmişdir.
Əbdürrauf Fitrət
Əbdürrauf Fitrət (özb. Abdurauf Fitrat; 1885—1938) — özbək şairi. Əbdürrauf Fitrət 1885-ci ildə Buxarada anadan olmuşdu. atası Əbdürrəhman bəy, anası Bibican idi.İlk təhsilini "Mirərəb" mədrəsəsində almışdı. 1909-cu ildə Buxara cədidçilərin təşviqi ilə İstanbula getmişdi. 1909-1913-cü illər arası Türkiyədə yaşamışdı. Ə.Fitrət 1918-ci ilin sonları 1919-cu ilin əvvəllərində qurulan “Çağatay Grungi” adlı birliyin fəal üzvlərindən olmuşdur. Rus imperiya müstəmləkəsinin özbək xalqına verdiyi zülm, xalqın sovet rejiminə qarşı narazılığı, baş verən üsyanlar “Çağatay Grungi”nin yaranma səbəbi olmuşdur. Ə. Fitrət, Ə.Çolpanla yanaşı Kayum Ramazanov, Elbek, Şakircan Rəhimi, Gulam Zəfəri, Mir Mollo Şerməhəmmədov, Qazi Yunusov, Batu, Sancar Sıddıqov kimi cədidçilər “Çağatay Grungi”nin fəal üzvlərindən olmuşlar. Təsadüfi deyil ki, Ə.Fitrət, Ə.Çolpan kimi yüksək sənətkarlıq bacarığına sahib ədiblər cədid hərəkatının öndə gedən isimləri idilər.
Əli Fitrət
Əli Məhəmməd oğlu (Əli Fitrət) - Cənubi Azərbaycanın tanınmış şairlərindən, "Azərbaycan şair və yazıçılar cəmiyyəti"nin təşkilatçılarından biri. Əli Məhəmməd oğlu Fitrət 1890-cı ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Lakin atası Molla Məhəmməd ona klassik ədəbiyyatı, elmi-bilikləri və ərəb dilini mükəmməl öyrətmişdir. 15 yaşında ikən atası vəfat etdiyindən təhsilini yarımçıq qoyub mürəttib işləmişdir. Bədii yaradıcılığa bu dövrdən başlamışdır. Səttarxan hərəkatına qoşulmuş, fədai kimi əldə silah cəbhələrdə döyüşmüşdür. "Səttarxan medalı" ilə təltif olunmuşdur. İyirmi beş yaşında mürəttibliyi tərk edib, Təbriz-Culfa dəmiryolu idarəsində çalışmışdır. Gənclik dövründə farsca şeirlər yazsa da, sonra imtina edib, ana dilində yazmağı üstün tutmuşdur.

Значение слова в других словарях