FLİŞ
aşağıda konqlomerat yaxud qumdaşları, yuxarıda isə mergel və gillərin, bəzən də əhəng daşlarının ritmik təkrarlanan təbəqələrindən təşkil olunmuş dəniz mənşəli nazik laylı qalın çökmə süxur seriyası. Dövrü olaraq dəniz səviyyəsindən yuxarı qalxan silsilələrin /kordilyer/ yuyulması hesabına geosinklinallarda və öndağ çökəkliklərində əmələ gəlir. Ritmlilik müntəzəm olaraq yaranan bulanıq axımlarla əlaqədardır.
флиш
flysch