fləş-aksiya

fləş-aksiya
fləş
fləş-banner
OBASTAN VİKİ
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Fləş
Fleş və ya Fləş
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Fləş-mob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. == Əsaslar == Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. == Məqsəd == Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür.
Fləş-yaddaş
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Aksiya rol oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Fləş (teleserial, 2014)
Fləş (ing. The Flash) — 2014-cü ildə Qreq Berlanti, Andreu Kreisberq və Qeof Cons tərəfindən DC Comics-dəki eyni adlı obraz əsasında yaradılmış super qəhrəman, döyüş və dram teleserialıdır. Bu serial Ox serialının spin-off versiyasıdır. Serial Qrant Qastin tərəfindən oynanılmış cinayət hadisələrinə dərhal müdaxilə edə bilən və güclü super sürətə malik olan Ellen adlı gənc oğlandan bəhs edir. Bu obraz ilk olaraq Ox serialının üç seriasında göründü. Sonradan isə yaradıcılar buna aid yeni bir serial istehsal etmək barədə qərar qəbul etdilər. Aktyor seçiminə gəldikdə isə rol bu rolu Ox-da ifa etmiş Qrant Qastinə verildi. Ox serialının kostyum dizaynçısı Kolin Atvud eyni zamanda Fləş üçündə kostyum seçiminə cəlb edildi. Yaradıcılar Fləşin komiksdəki kimi olmasını istəyirdilər. Çəkilişlər Kanadanın Vankuver səhərində başladı.
USB fləş kart
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
Aksiya rol-pleyinq oyunu