FLƏŞ-BANNER

is. \[ing. flash + banner\] infor. Biznes portalın ana səhifəsində məqsədindən asılı olaraq tərtib olunan mal və xidmətlər, şirkət, xəbərlər menyu, və s.-nin animasiyalı və hiper-linkli reklamı. Sizin diqqətinizə sərfəli şərtlərlə, hər zövqə uyğun, operativ və peşəkarlıqla fləş-bannerlərin hazırlanması xidməti təqdim olunur.
FLƏŞ
FLƏŞ-KART
OBASTAN VİKİ
Fləş
Fleş və ya Fləş
Banner reklamı
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
İnternet-banner
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
Banner grabbing
Banner grabbing — şəbəkədəki kompüter sistemi və onun açıq portlarında işləyən xidmətlər haqqında məlumat əldə etmək üçün istifadə edilən bir texnikadır. Administratorlar bundan öz şəbəkələrindəki sistem və xidmətlərin inventarını aparmaq üçün istifadə edə bilərlər. Bununla belə, müdaxilə edən şəxs tətbiqlərin və əməliyyat sistemlərinin versiyalarını işləyən şəbəkə hostlarını tapmaq üçün banner ələ keçirmədən istifadə edə bilər. Banner grabbing üçün istifadə edilən xidmət portlarına bəzi nümunələr Hyper Text Transfer Protocol (HTTP), File Transfer Protocol (FTP) və Simple Mail Transfer Protocol (SMTP) tərəfindən istifadə edilən portlardır; portlar müvafiq olaraq 80, 21 və 25-dir. Banner grabbing üçün istifadə olunan alətlər Telnet, Nmap və Netcat-dır. Məsələn, Netcat istifadə edərək hədəf veb serverinə əlaqə yarada, sonra HTTP sorğusu göndərə bilərsiniz. Cavabda adətən hostda işləyən xidmət haqqında məlumat olur: Bu məlumat administrator tərəfindən bu sistemi kataloqlaşdırmaq üçün istifadə edilə bilər və ya müdaxilə edən şəxs müvafiq istismarların siyahısını daraltmaq üçün istifadə edilə bilər. Bunun qarşısını almaq üçün şəbəkə administratorları öz şəbəkələrindəki xidmətlərə girişi məhdudlaşdırmalı və şəbəkə hostlarında işləyən istifadə olunmamış və ya lazımsız xidmətləri bağlamalıdırlar. Shodan, İnterneti skan edən portdan alınan bannerlər üçün axtarış motorudur. == İstinadlar == McClure, Stuart et al.
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Fləş-mob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür.
Fləş-yaddaş
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Fləş (teleserial, 2014)
Fləş (ing. The Flash) — 2014-cü ildə Qreq Berlanti, Andreu Kreisberq və Qeof Cons tərəfindən DC Comics-dəki eyni adlı obraz əsasında yaradılmış super qəhrəman, döyüş və dram teleserialıdır. Bu serial Ox serialının spin-off versiyasıdır. Serial Qrant Qastin tərəfindən oynanılmış cinayət hadisələrinə dərhal müdaxilə edə bilən və güclü super sürətə malik olan Ellen adlı gənc oğlandan bəhs edir. Bu obraz ilk olaraq Ox serialının üç seriasında göründü. Sonradan isə yaradıcılar buna aid yeni bir serial istehsal etmək barədə qərar qəbul etdilər. Aktyor seçiminə gəldikdə isə rol bu rolu Ox-da ifa etmiş Qrant Qastinə verildi. Ox serialının kostyum dizaynçısı Kolin Atvud eyni zamanda Fləş üçündə kostyum seçiminə cəlb edildi. Yaradıcılar Fləşin komiksdəki kimi olmasını istəyirdilər. Çəkilişlər Kanadanın Vankuver səhərində başladı.
USB fləş kart
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
The Star-Spangled Banner
Himnin mətni 1814 cü ildə 35 yaşlı vəkil, həvəskar şair, 1812 ci ildə Baltimorda Makkenri qalasına ingilis gəmiləri tərəfindən topa tutulmasının canlı şahidi, tanınmış yazıçı Frensis Skott Fitsceraldın ulu babası - Frensis Skott Ki tərəfindən yazılmış olan “Fort Makkenri müdafiəsi” poemasından götürülmüşdür. Uzun müddət ingilis masaarxası musiqisi hesab edilən, lakin hələ 1780 ci ildə Smit Con Stafford tərəfindən yazılmış olan bəstə ilə ifa edilən bu marş sonralar Konqressin 3 mart 1931 ci il qətnaməsi ilə rəsmi olaraq ABŞ dövlət himini kimi təsdiq edilmişdir.

Значение слова в других словарях