Fontan armaturu

fontan vuran neft və qaz quyularının ağzını kipləşdirmək, onlara nəzarət etmək və istismar rejimini tənzimləmək məqsədi ilə istifadə olunan quyuüstü avadanlığı. Yerüstü (quruda qazılmış quyular üçün) və sualtı (dəniz quyuları) F.a. vardır. Eyni zamanda iki və daha çox laydan neft çıxarılan quyular ayrılıqda istismar F. a. ilə təchiz olunur.
Fitinq
Fontan quyusu
OBASTAN VİKİ
Fontan
Fontan — fəvvarə. Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Fontan (Dənizkənarı Alplar) — Fransanın cənub-şərqində yerləşən kommuna.
Quru fontan
Quru fontan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Sonralar −1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Fontan (Dənizkənarı Alplar)
Fontan (fr. Fontan) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Brey-syur-Ruaya kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 49,61 km², əhalisi — 300 nəfərdir (2006) artım tendensiyası ilə: 291 nəfər (2012), əhalinin sıxlığı 5,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 259 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 291 nəfər.