Forfeytinq

Forfeiting Bank və ya maliyyə şirkəti tərəfindən alıcının ticarət əməliyyatları üzrə borc öhdəliklərinin satıcılardan alması yolu ilə ticarət əməliyyatlarının kreditləşdirilməsi forması. Forfeytinqdən xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində geniş istifadə olunur. Belə kreditləşdirmə müvafiq maliyyə agentinin idxal edən tərəfindən akseptləşmiş veksellərin ixrac edəndən satın alınması formasında həyata keçirilir. Forfeytinqin şərtlərinə uyğun olaraq satıcı özünün alıcıya qarşı tələblərini konkret maliyyə agentinə güzəştə gedir. Bu halda satıcı faizlər çıxılmaqla veksellərin bütün məbləğini dərhal alır. Borclu (əmtəələrin alıcısı) isə özünün öhdəliklərini bir qayda olaraq yarım illik ödəniş yolu ilə ləğv edir. Forfeytinq veksellərin kommersiya bankları tərəfindən aparılan adi uçotundan onunla fərqlənir ki, bu halda borc öhdəliyi üzrə bütün risklərin həmin öhdəliyin alıcısına – forfeytora keçməsinə yol verilir. Bununla əlaqədar forfeytor alıcının fəaliyyət göstərdiyi ölkədəki elit bankın təminatlarının təqdim edilməsi barədə tələb irəli sürmək vəzifəsi yaranır. Forfeytinq satıcının debitor borcunu azaltmağa, balansın strukturunu təkmilləşdirməyə, kapital dövriyyələrinin sayını artırmağa imkan verir. Forfeytinqin üstünlükləri – kreditvermə dərəcələrinin sabitliyi, veksellərin və digər borc tələbnamələrinin təkrar alışının rəsmiləşdirilməsinin sadəliyi. Adətən forfeytinq bank kreditindən baha başa gəlir. Ödəniş müddəti üçün uzun müddətə (1 ildən 7 ilə qədər) nəzərdə tutulan iri məbləğdə maşın və avadanlıqlar satışında çox vaxt forfeytinqdən istifadə edilir. Forfeytor ödəniş müddəti çatana qədər sənədləri özündə saxlaya bilər, yaxud dövriyyə etməmək əsasında başqa forfeytinq firmasına verə bilər. Ödəniş müddəti çatdıqda bu sənədlərin son saxlayıcısı onları ödəniş üçün banka təqdim edir.
Forfeyter
Forvard
OBASTAN VİKİ
Forfeytinq
Forfeytinq (ing. forfaiting fr. à forfait sözündən — bütöv, ümumi məbləğ) — bank tərəfindən alıcının ticarət əməliyyatları üzrə borc öhdəliklərinin satıcılardan alınması yolu ilə ticarət əməliyyatlarının kreditləşdirilməsi forması. == Forfeytinqin üstünlükləri və mənfi cəhətləri == === Üstünlükləri === forfeyter bütün riskləri öz üzərinə götürür; forfeytinq qiymətli kağızlarının təkrar bazarı var, burada borc satıla bilər, yəni birinci forfeyter satır, ikinci, üçüncü və s. meydana çıxır; borc bölünə bilər və borcun hər bir hissəsi ayrıca veksel kimi buraxıla bilər, bu rahatdır, əgər maliyyə resurslarına ehtiyac yaranarsa, onun ölçüsünə uyğun olaraq, bütün borc satıla bilməz, ancaq bir hissəsi satıla bilər. ondan; forfeitinq, güzəşt müddəti təmin etmək imkanı da daxil olmaqla, çevik ödəniş cədvəlini nəzərdə tutur. === Qüsurları === Zəmanətçinin müflis olması halında ixracatçının özünün müraciət edə bilməyəcəyi şəkildə sənədlərin hazırlanması zərurəti, habelə veksellərin, zəmanətlərin və avalların formasını müəyyən edən idxalçının ölkəsinin qanunvericiliyini bilmək zərurəti. İdxalçı forfeyterə uyğun olmayan zamin təklif edərsə, yaranan çətinliklərin ehtimalı. Ənənəvi kommersiya krediti ilə müqayisədə daha yüksək forfaiter marjası. == Ədəbiyyat == Попова Е. Ю., Огнев Д. В. Сравнительная характеристика форфейтинга и других форм финансирования инновационной деятельности (Вестник Иркутского государственного технического университета).

Значение слова в других словарях