Forint

Macarıstanın milli pul vahidi 1 HUF = 100 filler.
Forfeytinq
Formulyar
OBASTAN VİKİ
Macarıstan forintinin sikkələri
Macarıstan forintnin sikkələri (mac. forint érmék) — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur. Müxtəlif dövrlərdə 2, 5, 10, 50 filler və 1, 2, 5, 10, 20, 50, 100, 200 forint nominalında sikkələr dövriyyədə idilər. Bundan əlavə, 1948-ci ildən geniş dövriyyəyə xatirə sikkələri buraxılır, 1949-cu ildən isə investisiya sikkələri və dövriyyə üçün nəzərdə tutulmayan sikkələr buraxılmağa başlandı.
Macarıstan forinti
Macarıstan forinti — Macarıstanın pul vahidi. ISO 4217 əsasən valyutanın kodu HUF-dur (ing. Hungarian Forint kəlməsindən). 1945-1946-cı illərdəki hiperinflyasiyadan sonra 1946-cı il avqustun 1-də dövriyyəyə buraxılmışdır (keçmiş vahid pengö idi). O vaxtı pengönun forintə nisbəti 4⋅1029:1 idi. Tarixən 1 forint = 100 fillerə bərabər idi, lakin 1999-cu ildən bəri filler dövriyyədən çıxarılıb. 16 noyabr 2015-ci il tarixində forint beynəlxalq banklararası CLS sistemində hesablaşmalar üçün istifadə olunan sərbəst konversiya edilən valyutaların siyahısına daxil edilmişdir. == Tarixi == Pul vahidinin adı 13-cü əsrdən bəri fiorino d'oro (qızıl florin) adlı qızıl sikkənin zərb edildiyi Florensiya şəhərinin adından gəlir. 1806-1892-ci illər arasında Avstriya-Macarıstan imperiyasının pul vahidi macar dilində olan forint idi, həmin pul vahidi almanca Avstriya-Macarıstan quldeni və ya Avstriya florini kimi tanınırdı. Qulden 100 kreytserə bərabər idi (krajczar, müasir macar dilində krajcár).

Значение слова в других словарях