FOTOEPİLYASİYA
is. \[yun. θσο "işıq" və e- + lat. pilus "tük"\] kosmet. Yüksək impulslu işığın köməyi ilə tüklərin yox edilməsini təmin edən kosmetoloji prosedur. İsti dalğalar tükün kökünü qidalandıran kapillyarlardakı qanı laxtalandırdığından o məhv olur.