FREZLƏMƏ

сущ. от глаг. frezləmək ; см. frezerləmə . маш. Frezləmə dinamikası динамика фрезерования
FREZERLƏYİCİ
FREZLƏMƏK
OBASTAN VİKİ
Frezləmə
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.