Frozen Streyt
Frozen Streyt (ing. Frozen Strait) — Hudzon körfəzinin şimalında, Kanadanın Nunavut vilayəti, kivallik regionunda yerləşir. Boğaz Melvill yarımadasını Sauthempton adasından ayırır. Qərbdə yerləşən Repals körfəzini şərqdə yerləşən Foks körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 80 km, eni isə 19 – 32 km arasında dəyişir.
belə bir fikir vardır ki, Qrenlandiya balinaları şimala miqrasiya etdikləri zaman təkcə Ros Velkom Saund boğazından deyil həmcinin Frozen Streyt boğazındanda istifadə edirlər.
== Tarixi ==
1615-ci ildə Msvka şirkətinin dəstəyi ilə Robert Baylotun gəmisi Şimal-Qərb keçidi ilə Hindistana getmək istərkən Diskaveri buzlaqlqrında qəzaya uğramışdır. 1742-ci ilin avqustunda boğazın qərb hissəsinə digər ingilis səyyshı Kristofer Midlton yan ala bilmişdir. O, Ros Velkom Saund boğazı ilə şimal yönəlmiş və burada yerləşən boğazın buzlarla tıxandığını müşahidə etmişdir. Bundan sonra boğaza Frozen Streyt (azərb.