Furfurol
Furfurol C5H4O2 (2 –furankarbaldehid, furfural)-aldehiddir, furanın törəməsidir. Təzə çovdar çörəyi və badam iyi verən mayedir.
== Alınması ==
Furfurol, müxtəlif kənd təsərrüfatı tullantılarının(qarğıdalı özəyinin, kəpəyin , latınca furfur-kəpək, samanın) sulfat turşusu ilə qaynadılması zamanı alınan pentozanların turşusunun təsirindən hidrolizə uğrmasından alınır. Reaksiya zamanı furfurol su buxarı ilə birlikdə ayrılır.
== Fiziki xassələri ==
Furfurol – yüksək dərəcədə qaynayan sarı mayedir. Əksər polyar orqanik həlledicilərdə yaxşı, suda və alkanlarda az həll olur.
== Kimyəvi xassələri ==
Furfurolun kimyəvi xassələri aromatik aldehid olan benzaldehidlə oxşardır. Eynən benzaldehid kimi qələvi ilə təsir etməklə Kanisarro reaksiyasına
girərək furankarbon turşusunun duzuna və furfurol spirtinə parçalanır.
2C5H4O2 →KOH C4H3COOK + C4H3OCH2OH
Havada furfurol öz-özünə oksidləşir, nəticədə qarışqa turşusu və 2-formilakril turşusu əmələ gəlir. Dils-Alder reaksiyasında dien kimi iştirak edir.