FIRLANĞIC
FIRLANMAQ
OBASTAN VİKİ
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Fırlanma periodu

Göy cisimlərinin fırlanması haqqında
"Göy cisimlərinin fırlanması haqqında" (lat. De revolutionibus orbium coelestium) Nikolay Kopernikin şahəsəri . İlk dəfə 1543cü ildə Nürnberqdə nəşr edilmiş olan əsərin məzmunu Ptolemeyin geosentrik sistem yəni Dünya mərkəzli modelinə qarşı Günəş-mərkəzli yeni bir model ortaya qoyurdu. Kopernik bu əsərindən əvvəl Güneş-mərkəzli modelini Commentariolus adlı risaləsində açıqlamış və dostlarına tanıdmışdır. Əsər Kopernikin əl yazısı günümüzə gəlib çatmışdır. Bu əl yazmasının araşdırılması nəticəsində sonucu əsərin keçirdiyi inkişaf və var olmaq prosesinə dair daha çox məlumat əldə edilmişdir. Papa III Pavelə ithaf edilən əsər, altı bölümdən ibarətdir: İlk fəsildə Günəş mərkəzli nəzəriyyə ümümi olaraq açıqlanmışdır. Daha çox nəzəri olan ikinci hissədə müxtəlif qlobal astronomiya qaydaları açıqlanmış və bir ulduz siyahısı verilmişdir. Üçüncü bölümdə Günəşin hərəkətləri izah edilmişdir. Dördüncü bölmədə əvvəlki bölmədəki tərzə bənzər şekildə Ayın hərəkətləri izah edilmişdir.
Yerin fırlanması
Yerin öz oxu ətrafında sutkalıq fırlanması bir ulduz sutkası dövrü ilə baş verir. Yerin fırlanmasının müşahidə edilə bilən təzahürü səma sferasının gündəlik fırlanmasıdır. Yerin fırlanması onun Günəş ətrafında hərəkəti ilə eyni istiqamətdə baş verir: şimaldan baxdıqda, saat istiqamətinin əksinə (yəni qərbdən şərqə) fırlanır. Səmanın gündəlik fırlanmasının Yerin öz oxu ətrafında fırlanması ilə izahını ilk dəfə Pifaqor məktəbinin nümayəndələri, sirakuzlular — Hiket və Ekfant təklif etmişdirlər. Bəzi rekonstruksiyalara görə, Yerin fırlanmasını pifaqorçu Kroton Filolusu (e.ə. V əsr) də təsdiq etmişdir. Yerin fırlanmasının göstəricisi kimi şərh edilə bilən bir ifadə Platonun Timey dialoqunda yer alır. Lakin Hiketas və Ekfant haqqında praktiki olaraq heç bir bilgi məlum deyil və hətta onların mövcudluğu bəzən şübhə altına alınır . Əksər alimlərin fikrincə, Filolaus dünya sistemində Yerin fırlanması deyil, Mərkəzi atəş ətrafında tərcümə hərəkəti həyata keçirmişdir. Digər əsərlərində Platon Yerin hərəkətsiz olması ilə bağlı ənənəvi baxışı izləyir.

Значение слова в других словарях