Tektoniki fəallaşma sahələri
Tektoniki fəallaşma sahələri – zəlzələ, uçqun və sürüşmələr tipli neotektoniki hadisələrlə müşayət olunur. Həmin sahələr üçün aşınma və denudasiya hadisələri də səciyyəvidir. Oksidləşmə şəraiti yaradan kimyəvi elementlər və birləşmələr – sərbəst O ilə yanaşı S, Fe və s. elementlərin kimyəvi fəallığı yüksəlir. Qələvi və qələvi-torpaq metallar, habelə halogenlər aqressivlik göstərir. Tektonik fəallığın yüksəldiyi sahələrdəki geokimyəvi mühitdə yaranan torpaqlar və sularda K, Fe və S elementlərii ilə zənginləşmə baş verir. Tektoniki oreollar öz mahiyyətinə görə həm də diffuziya oreolları hesab oluna bilər. Tektoniki oreollarda Fe, C, S və s. elementlərinin zənginliyi diffuziya qabiliyyətini nümayiş etdirir. Səth və yeraltı sularda orta temperaturdan yüksək göstəricilər müşahidə edilir.