GÜMÜŞLÜ

прил. серебряный:
1. содержащий в себе серебро
2. отделанный, украшенный серебром
GÜMÜŞLƏTMƏK
GÜMÜŞOTU
OBASTAN VİKİ
Gümüşlü
Gümüşlü (Şərur) — Şərur rayonunda kənd. Gümüşlü (çay) — Quba rayonunda çay. Cimi çayının sağ qoludur. == Türkiyə == Gümüşlü (Besni) — Türkiyədə kənd. Gümüşlü (Korkuteli) — Türkiyədə kənd.
Gümüşlü (Şərur)
Gümüşlü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilərək Gümüşlü kəndi adlandırılmışdır. Gümüşlü kəndinin adı SSRİ zamanında orda yerləşən, gümüş rezervindən gəlir. Gümüşlü əhalisi öz ali savadlığı ilə Şərurda rayonunda önəm daşıyan qəsəbələrdən idi. Kənddə 4 restorant, 1 kinoteatr, 1 orta məktəb yerləşirdi. Əhalinin sözlərinə görə Gümüşlü kəndinə hər gün 5 dəfə avtobus reysi var imiş. Gümüşlü qəsəbə statusunu 91-də məcburi köç səbəbilə itirdi. 91-ə qədər aktiv bir qəsəbə olan Gümüşlü, köç verərək dinamikliyini itirməyə başladı və hal-hazırda kənd əhalisi əllə sayıla biləcək qədərdir. Kənddə yerləşən Arpaçay SES (su-elektrik stansiyası) Arpaçayın başlanğıcı olaraq bilinir və Arpaçay Su Anbarından (Yuxarı Göl) suyu Arpaçaya daşıyır. == Tarixi == 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Gümüşlü polimetal yatağı
Gümüşlü polimetal yatağı — Şərur rayonu ərazisində, Arpaçayın aşağı axınındadır. 7-ci əsrdən tarixə məlumdur. Yataq eyniadlı antiklinalın nüvə hissəsində və cənub-qərb qanadında yerləşir. Geoloji quruluşunda Sədərək (Üst Jivet mərtəbəsi) və Danzik (Frank mərtəbəsinin aşağı hissəsi) layları (əhəngdaşı, gilli şist, qumdaşı) iştirak edir. Antiklinalın cənub-qərb qanadı törəmə qırışıqlıqla və bir çox pozulmalarla mürəkkəbləşmişdir. Filizləşmə törəmə antiklinalların eninə pozulmalarla kəsilmiş tağ hissələri ilə əlaqədardır; qalenit və sfalerit minerallarının möhtəvi və bütöv filiz yuvalarından təşkil olunmuşdur. Layvari filiz cisimləri daha çox əhəmiyyətlidir. Sədərək lay dəstəsinin əhəngdaşları iki horizont təşkil edir. Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineraloji tərkibi qalenit, serusit, sfalerit və kalamindən ibarətdir.

Значение слова в других словарях