gündönümü

gündönümü
gündoğuş
gündöyən
OBASTAN VİKİ
Gündönümü
== Yay gündönümü == Günəşin ekliptikada 22 iyundakı vəziyyətidir. Bu zaman Günəş ekvatordan şimala doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Yay gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, payız gecə-gündüz bərabərliyində isə ona çatır. == Qış gündönümü == Günəşin ekliptikada 22 dekabr vəziyyətidir. Bu zaman Günəş ekvatordan cənuba doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Qış gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, yaz gecə-gündüz bərabərliyində isə ona çatır.
Qış gündönümü
Yerin günəş ətrafında hərəkət etdiyi yola yerin orbiti deyilir. Yer bu yolu saniyədə 29,8 km sürətilə qət edir və Günəş ətrafında tam dövrünü 365 gün 6 saata (5 saat 48 dəq.46 saniyə) başa vurur. Yerin günəş ətrafında fırlanmasının nəticəsində fəsillər yaranır. 23 sentyabr payız gecə-gündüz bərabərliyindən sonra, günəş cənub yarımkürəsinə 22 dekabra doğru hərəkət edir. Belə ki, 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyi, yəni cənub tropik xətti üzərində zenitdə olur. Yəni, cənub tropiki xətti üzərinə günəş 90 dərəcə bucaq altında düşür. Günəş cənub yarımkürəsinə keçən kimi, cənub qütbündə 6 ay gündüz, şimal qütbündə isə 6 ay gecə baş verir. 22 dekabrda cənub qütb dairəsində tam 1 gün gündüz, şimal qütb dairəsində isə tam 1 gün gecə olur. Belə ki, bu gün qış gündönümü adlanır.