GAS-SHELTER

n qazdan qorunmaq üçün sığınacaq

GAS-SHELL
GAS-STOVE
OBASTAN VİKİ
Fallout Shelter
Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4 və Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir. Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.
Goodbye (Shelter)
Goodbye (Shelter) (azərb. Əlvida (Sığınacaq)‎) — Serbiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sanya Vuçiç "Goodbye (Shelter)" mahnısı ilə Serbiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İvana Petersin bəstələdiyi mahnının eyni zamanda Iza osmehla adlı serb dilində olan versiyası da mövcuddur.
Shelter (mahnı)
Shelter (ing. Sığınacaq) — elektronik musiqinin prodüserləri Madeon və Porter Robinson yaratdığı mahnı. 2016-cı ilin oktyabrın 14-də Robinson elan edib ki, bir ildən artıq A-1 Pictures studiyası ilə Shelter üçün klip hazırlayırdı. Video oktyabrın 18-də Crunchyroll əməkdaşlığı ilə Porter Robinsonun YouTube kanalında üzə çıxıb.