GAWK

v gözlərini bərəltmək; ağzını açaraq boş-boşuna baxmaq

GAVEL
GAWKY
OBASTAN VİKİ
Gawker Media
"Gawker Media LLC" (əvvəllər "Blogwire, Inc." və "Gawker Media, Inc.") — ABŞ onlayn media şirkəti və bloq şəbəkəsi. == Tarixi == 2003-cü ilin oktyabrında Nik Denton tərəfindən "Blogwire" adı ilə təsis edilmişdir. Qərargahı Nyu-Yorkda yerləşir. 2012-ci ildən Kayman adalarında birləşdirilmiş "Gawker Media" yeddi müxtəlif veb-loqların və onların altında bir çox alt saytların əsas şirkəti idi. Bütün "Gawker" məqalələri "Creative Commons" qeyri-kommersiya lisenziyası əsasında lisenziyalaşdırılmışdır. 2004-cü ildə şirkətin adı "Blogwire, Inc"dən "Gawker Media, Inc."ə və qısa müddət sonra "Gawker Media LLC"yə dəyişdirilmişdir. 2016-cı ildə şirkət Halk Hoqan intim kaset iddiaları nəticəsində şirkətə qarşı 140 milyon dollarlıq təzminat ödənildikdən sonra 11-ci fəsildə iflasdan müdafiə üçün müraciət etmişdir. 16 avqust 2016-cı ildə "Gawker.com" istisna olmaqla bütün "Gawker Media" brendləri "Univision Communications" tərəfindən hərracda 135 milyon dollara alınıb. 18 avqustda şirkət "Gawker.com"un növbəti həftə fəaliyyətini dayandıracağını, digər saytlarının isə fəaliyyətini davam etdirəcəyini açıqlamışdır. 21 sentyabr 2016-cı ildə "Univision" bütün "Gawker Media" mülkiyyətlərini yeni yaradılmış "Gizmodo Media Group"a köçürmüşdür.