geştaltpsixologiya

geştaltpsixologiya
gestapoçuluq
geştaltpsixoloji
OBASTAN VİKİ
Geştaltpsixologiya
Geştaltpsixologiya — psixologiyada bu istiqamət XX əsrin 20-ci illərində Almaniyada yaranıb. Onun yaradıcıları M. Vertheymer, V. Keler, K. Levin, K. Koffkadır. == Haqqında == Bu məktəbin başlıca ideyası ondan ibarət idi ki, psixikanın əsasında bütöv geştaltlar durur. Geştaltpsixoloqlar idrak proseslərinin eksperimental tədqiqinə xüsusi yer ayırırdılar. Geştaltpsixologiya məktəbi şəxsiyyətin keyfiyyətləri və strukturunu eksperimental yolla öyrənmişdir. == Tanınmış nümayəndələri == === Maks Vertqeymer === Geştaltpsixologiyanın tanınmış nümayəndələrindən biri Maks Vertqeymerdir (1880–1943). Universitet təhsilini başa vurduqdan sonra Vertqeymer Praqada və sonra Berlində fəlsəfəni öyrənir. Nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra o, 1933-cü ildə ABŞ-yə köçür. Vertqeymerin ilk işi görmə qavrayışına həsr olunur. O, taxistoskpoun köməyilə bir-birinin ardınca müxtəlif tezliklə 2 qıcıqlandırıcının (xətti və əyri) təsirini öyrənir. Qıcıqlandırıcılar arasında fasilə çox olanda sınaq olunan şəxs onu ardıcıl, fasilə az olduqda isə tam kimi qavrayır.