Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur.
Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb.
"Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır.
Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır.
== Adı ==
Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir
== Tarixi ==
1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.