Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.