GERONTOKRATİYA
(yunan geron-qoca və kratoshakimiyyət)
əhalinin məhz yaşlı (qoca) nümayəndələri tərəfindən cəmiyyəti və dövləti idarə edilməsini tərənnüm edən ictimai-siyasi qurluş; “G.” anlayışı etnoqrafiyada, dövlətəqədərki hakim strukturları analiz edildikdə (XX əsrin əvvəlləri) əmələ gəlmişdir. Müasir siyasi dildə “G.” konservatizmin sinonimi və liberallığın antonimi kimi istifadə edilir: 1. insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində, feodal – patriorxal dövrdə və müasir dövrdə dünyanın bir sıra region-larında (“şərq dünyası”, Asiya və Afrikanın, Latın Amerikasının bəzi regionlarında) – qocaların (ağsaqqalların) hakimiyyəti; 2. yaşlı nəsil insanlardan ibarət olan, aparıcı siyasi və idarəetmə elitası; 3. məhz yaşlı və təcrübəli şəxsin idarəçiliyinə ehtiyac duyan – ictimai-psixoloji kateqoriya.