gerontologiya

gerontologiya
gerontofiliya
gerontoloq
OBASTAN VİKİ
Gerontologiya
Gerontologiya (yun. γέρων –qoca + yun. logie – elm) — insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrənir. İlk dəfə bu termin 1903-cü ildə tibb üzrə Nobel mükafatına layiq görülən rus alimi İ.İ. Meçnikov tərəfindən elmə daxil edilmişdir. Gerontologiya elmində ilk öncə yaşlıların həyat şərtlərini yaxşılaşdırma hədəfi izlənilir. Yeni texnologiya və ya iqtisadi inkişaflar, bu hədəfə yaxınlaşma baxımından bir çox inkişaf əldə etməkdədir. == Qocalma == Qocalma prosesi baş verən yaş dəyişiklikləridir və qocalıqdan çox əvvəl başlayır. Qocalma əlamətləri canlıların müxtəlif quruluş səviyyələrində: moleykulyar, hüceyrə, toxuma, orqanlar sistemləri və orqanizm səviyyəsində özünü göstərir. Qocalma prossesi zamanı orqanizm səviyyəsində baş verən dəyişikliklər, əvvəlcə, xarici əlamətlərdə özünü göstərir. Bədənin qaməti dəyişir, bədən forması başqa şəkil alır, onun ölçüləri kiçilir, dəri elastikliyini itirir, onda qırışlar əmələ gəlir.