gicgah-çənə

gicgah-çənə
gicgah-alın
gicgah-qulaq
OBASTAN VİKİ
Çənə
Çənə — ağız ətrafında yerləşən, çeynəmə funksiyasını yerinə yetirən sümükdür. Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir. Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir. Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir.
Çənə sümüyü
Gicgah epilepsiyası
Gicgah epilepsiyası — epilepsiyanın bütün parsial formaları arasında ən tez-tez (80-85%) rast gəlinir. Simptomatik və kriptogen gicgah epilepsiyaları ayırd edilir. Simptomatik gicgah epilepsiyasına medial (mezial) sklerozla gedən formalar, həmçinin əmələ gəlməsi şişlər, damar patologiyası (malformasiyalar), kortikal displaziya ilə əlaqələndirilən formalar aid edilir. Birincili epilepsiya ocağının baş beyində lokalizasiyasından asılı olaraq gicgah epilepsiyasının mediotemporal (paleo-kortikal) və neokortikal alttipləri fərqləndirilir. Onların klinik mənzərəsində prinsipial fərqlər mövcuddur. Medial gicgah epilepsiyası ən çox yayılmış parsial epilepsiyalara aiddir. Onun morfoloji substratını beynin hippokamp şöbələrinin neyroqliyanın mamırabənzər artmaları ilə gedən sklerozu (medial temporal skleroz, ammon buynuzu sklerozu) təşkil edir. Bu, sinir toxumasında sinxronizasiya və oyanıqlığın artmasına, son nəticədə isə spontan epileptik boşalmaların əmələ gəlməsinə gətirib çıxarır. Etioloji faktorlar arasında uşaq yaşlarında mürəkkəb febril tutmaların, həmçinin MSS xəstəliklərinin (o cümlədən infeksion və kəllə-beyin travması mənşəli) olması qeyd edilir. Xəstələrin bir hissəsində 2-5 yaşlarında baş verən, sonradan keçib gedən febril tutmalar müşahidə olunur.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.