Grammeionium
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi.
== Yayılması ==
Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur.
Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır.
Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.