Guillain Barre sindromu
Guillain Barre sindromu (GBS) — Əhali arasında poliomielitin sıxlığının azalmasından sonra , süst iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur. Xəstəlik çox zaman başqa bir xəstəliyi olmayan insanlarda rast gəlinir. GBS ani başlanğıclı, surətlə inkşaf edən, ağır bir autoimmum poliradikulopatiyadır. Kanada və ABŞ-da ildə 3500 xəstə qeyd edilir. Xəstəlik uşaq yaşlardan tutmuş irəli yaşlaradək rast gəlinir . Qadınlar və kişilər eyni dərəcədə risk altındadir. Yaşlılarda uşaqlara nisbətən daha çox rast gəlinir.
— Kəskin iltihabi demielinizan poliradikuloneyropatiya
— Kəskin motor aksonal neyropatiya
— Kəskin motor-sensor aksonal neyropatiya
— Miller Fişer sindromu (MFS) ve diğer regional variantlar-
Faringeal-servikal-brakiyal,
Paraparetik,
Üz iflicləri,
Saf okulomotor
-GBS’nun funksiyonal variantları-
Kəskin pandizavtonomiya,
Saf hissi GBS,
Ataksik GBS
Kəskin iltihabi demielinizan poliradikuloneyropatiya
GBS termini , praktikada xəstəliyin bu ən çox rastlanan klassik iltihabi demielinizan forması üçün işlədilir.
Xəstələrin böyük qismində GBS’na aid şikayətlərin başlanğıcından öncəki 1–4 həftalik müddət içində keçirilən bir yuxarı tənəffüs yolu ya gastrointestinal trakt infeksiyası, cərrahi müdaxilə ya da peyvənd kimi bir hadisə vardır. Xəstəliyin ən sıx yerləşmə şəkli, ayaqlardan başlayıb qollara, daha sonra üzə, orofaringeal əzələlərə ve ağır hallarda tənəffüs əzələlərinə doğru yüksələn əzələ zəifliyi ile olur.