Göyəmli
Göyəmli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Göyəmli oykonimi Gədəbəy rayonunun Düz Rəsullu inzibati ərazi vahidində kənd. İstidərə adlanan ərazidə, Köçdərə çayının (Axınca çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Düz Rəsullu kəndindən ayrılmış ailələr Göyəmli adlanan yerdə saldığı üçün belə adlanmışdır. Ərazidə çoxlu göyəm kolları var.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 122 nəfər yaşayır.
Qara Məşədiyev — dilçi alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.